Sosial
Şuşa və Xocavəndin kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - YENİLƏNDİ
Xocavənd və Şuşa rayonlarının kəndlərinə köçən ailələrə sahib olduqları mənzillərin açarları təqdim olunub.
Bu barədə Publika.az Teleqraf-a istinadla xəbər verir.
Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə 21 ailə (103 nəfər), Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçüb.
xxx
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd və Şuşa rayonlarının kəndlərinə növbəti köç prosesi gerçəkləşib.
Publika.az xəbər verir ki, səhər saatlarında yola salınan ailələr artıq öz doğma yurdlarına qovuşublar.
Məlumata görə, Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.
Eyni zamanda, Şuşanın Kiçik Qaladərəsi kəndinə yola salınan növbəti köç karvanı da mənzil başına çatıb. Həmin köç karvanı ilə 11 ailə (39 nəfər) doğma kəndinə qayıdıb.
Mənzil başına çatan ailələrə yeni sahib olduqları evlərin açarları təqdim olunacaq.
xxx
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd və Şuşa rayonlarının üç kəndinə növbəti köç karvanları yola salınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndlərinə ailələrin köçürülməsi həyata keçirilir.
Doğma yurdlarına qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə 21 ailə - 103 nəfər köçürülüb.
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə isə 11 ailədən ibarət 39 nəfərin köçü həyata keçirilib.
Beləliklə, üç kəndə ilk mərhələdə ümumilikdə 50 ailə - 224 nəfər qayıdıb.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sakinlər, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Ordumuza, əsgər və zabitlərə təşəkkür edib, ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO













.jpg)





.webp)
.jpg)







.webp)













