Yaxın Şərq
Xaricdəki yəhudilərin qayıdışı İsraili qarışdırdı: Netanyahudan sərt qərar
İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası xaricdə yaşayan israillilərin seçkilərdə iştirak etmək üçün ölkəyə qayıtmasını təşviq edən təşəbbüsə qarşı hüquqi addım atmaqla hədələyib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsraildə xaricdə səsvermə sistemi mövcud deyil. Yalnız diplomatlar və ölkənin digər rəsmi nümayəndələri xaricdən səs verə bilirlər.
Digər İsrail vətəndaşları səsvermədə iştirak etmək üçün ölkəyə qayıtmalıdırlar.
“AID” koalisiyasının təşkil etdiyi “Fly and Vote” təşəbbüsü xaricdə yaşayan israillilərin seçki günü ölkəyə səfərlərini koordinasiya etməyə kömək edir.
Təşkilat heç bir namizədi və ya siyasi partiyanı dəstəkləmədiyini, səfərləri maliyyələşdirmədiyini bildirir.
Buna baxmayaraq, “Likud” təşəbbüsə qarşı çıxaraq Mərkəzi Seçki Komissiyasına müraciət edə biləcəyini açıqlayıb.
Partiya hesab edir ki, bu fəaliyyət siyasi kampaniyaların maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyi poza bilər.
Araşdırmalara görə, xaricə köçmüş israillilər arasında daha çox sol yönümlü siyasi baxışlara meyl müşahidə olunur.
Bu amilin “Likud”un təşəbbüsə qarşı sərt mövqe sərgiləməsinin səbəblərindən biri olduğu ehtimal edilir.
İsraildə növbəti seçkilərin oktyabrın 27-də keçirilməsi planlaşdırılır.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































