Ukraynadan Belqoroda raket zərbəsi: Ölənlər var
Bizi izləyin

Dünya

Ukraynadan Belqoroda raket zərbəsi: Ölənlər var

Ukraynadan Belqoroda raket zərbəsi: Ölənlər var

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Valuyki rayonunun Koloskovo kəndinə raket hücumu nəticəsində 6 mülki şəxs həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.

Onun sözlərinə görə, Ukrayna raketlərinin kəndə düşməsi nəticəsində 6 nəfər həyatını itirib.

Hadisə zamanı daha 4 nəfər yaralanıb.

Rusiya rəsmisi hücumda Ukrayna ordusunu ittiham edib. Kiyev isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm