Dünya
İranın 4 milyard dollarlıq gizli şəbəkəsi ifşa olundu: ABŞ bu ölkədəki şirkəti "vurdu"
Varşavada qeydiyyatdan keçmiş "Shelbit Technologies" şirkəti İrana qarşı sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamları ilə ABŞ-ın rəsmi sanksiya siyahısına salınıb.
Publika.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" nəşri məlumat yayıb.
Şirkət İran hakimiyyətinə milyardlarla dolların köçürülməsinə yardım edib. 2023-cü ilin avqustunda Varşavada yaradılan şirkətə 2024-cü ilin martından İran, Əfqanıstan və Dominikan Respublikasının vətəndaşlığına malik Siavaş Kayvanpur rəhbərlik edir.
"Shelbit Technologies" Polşada virtual valyutalarla fəaliyyət göstərmək üçün rəsmi qeydiyyatdan keçib. Bu status şirkətə Avropa İttifaqı ölkələrində qanuni fəaliyyət göstərmək və kvazi-banklarda hesablar açmaq imkanı verib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, şirkətdən 4 milyard dollara qədər vəsaitin İrana qarşı sanksiyalardan yayınmaq üçün istifadə edildiyi ehtimal olunur. Vəsaitlərin İran Mərkəzi Bankı, İslam İnqilabı Keşikçiləri Korpusu və qanunsuz onlayn qumar fəaliyyəti ilə əlaqələndirildiyi bildirilir.
ABŞ-ın sanksiya siyahısında "Shelbit Technologies" İrana bağlı strukturların maliyyələşdirilməsində iştirak edən qlobal şəbəkənin əsas elementlərindən biri kimi göstərilir.
Polşa hakimiyyəti isə şirkətin statusu və mümkün araşdırmalarla bağlı hələlik açıqlama verməyib.
Müəllif: Adəm
-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”

































