Dünya
Trampın Rusiyanı G20-yə dəvəti Avropanı böldü
ABŞ prezidenti Donald Trampın Rusiyanı G20 görüşünə dəvət etməsi Vaşinqtonun Avropadakı müttəfiqləri ilə münasibətlərində yeni gərginliyə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
G20 maliyyə nazirlərinin görüşündə Rusiyanın maliyyə naziri Anton Siluanov ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşüb. Ağ Ev görüşü “məhsuldar” adlandırıb və danışıqlarda Ukraynada nizamlanma məsələsinin müzakirə edildiyini bildirib.
Avropalı rəsmilər isə Rusiyanın tədbirə dəvət olunmasına etiraz ediblər. Almaniyanın maliyyə naziri Lars Klinqbayl Siluanovla birgə qrup fotosunda iştirak etməyəcəyini açıqlayıb. Nəticədə foto Rusiya nümayəndəsi olmadan çəkilib.
Bu addım Tramp administrasiyasının Moskva ilə bağlı siyasətində dəyişiklik siqnalı kimi qiymətləndirilir. Bayden administrasiyası dövründə ABŞ və Avropa rəsmiləri Rusiyanın beynəlxalq forumlarda iştirakına qarşı birgə etiraz edirdilər.
Qeyd edək ki, G20 çərçivəsində keçirilən görüş son illərdə ABŞ və Rusiya maliyyə nazirlərinin beynəlxalq platformadakı ilk açıq təması olub.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)
.jpg)





.jpg)




.jpg)








.jpg)
