Dünya
Belqradın Aİ planı: Rusiyaya sanksiya yox, neytral siyasət
Serbiya Avropa İttifaqına üzv olmağa çalışsa da, xarici siyasət kursunu müstəqillik və hərbi neytrallıq prinsipləri əsasında qurmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç Qoşulmama Hərəkatının ilk konfransının 65 illiyinə həsr olunan toplantıda deyib.
O bildirib ki, Serbiya bütün ölkələrlə dialoq və əməkdaşlıq prinsipinə əsaslanan siyasət yürüdür.
Vuçiç həmçinin qeyd edib ki, Belqrad Aİ-yə üzvlük niyyətini qorumaqla yanaşı, Rusiya və Çinlə dostluq münasibətlərini də davam etdirmək istəyir. Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.
Qeyd edək ki, Serbiya Aİ-yə üzvlüklə bağlı danışıqlara 2014-cü ildə başlayıb. Lakin islahatlar və Kosovo ilə münasibətlərin normallaşdırılması tələbləri səbəbindən proses ləng gedir.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...















.jpg)


.jpg)





.jpg)







.jpg)
