MDB
Kiyev 27 milyard dollarlıq boşluğu doldura bilmir - Müharibə büdcəsində kritik vəziyyət
Ukraynanın 2026-cı il üzrə hərbi büdcəsində 27 milyard dollarlıq maliyyə çatışmazlığı yaranıb.
Publika.az xəbər verir ki, Ukraynanın baş naziri Sergey Koretski TCN telekanalına müsahibəsində Kiyev və Qərb tərəfdaşlarının sözügedən vəsaiti hələ tapa bilmədiyini bildirib.
Onun sözlərinə görə, 27 milyard dollarlıq məbləğ ölkənin 2026-cı il üçün ümumi hərbi xərclərinin tərkib hissəsidir. Bu xərclərin ümumi həcmi 155 milyard dollar qiymətləndirilir. Koretski qeyd edib ki, bu rəqəm fevral ayında “Ramşteyn” formatında keçirilən görüşdə təqdim olunub. Baş nazir problemin məbləğin özündə deyil, xərcləri birgə səylərlə qarşılamaq imkanlarının olmamasında olduğunu vurğulayıb.
Koretski bəzi Qərb tərəfdaşlarının yalnız sosial xərclərin maliyyələşdirilməsinə vəsait ayırmağa razı olduğunu deyib. Onun sözlərinə görə, həmin ölkələr müharibə barədə onlara danışmağa ehtiyac olmadığını bildirirlər. Baş nazir bu mövqedə olan ölkələrin adlarını açıqlamayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































