Dünya
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT+ görüşündə bildirib ki, münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün olmadığı üçün Ermənistan Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa doğru irəliləyir.
Publika.az xəbər verir ki, Paşinyan Ermənistanın balanslı siyasət yürütdüyünü xatırladıb:
"Əgər hər hansı bir geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək qədər güclənərsə, İrəvan tarazlığı qorumaq, suverenliyi və müstəqilliyi təmin etmək üçün digər qütblə əlaqələrini gücləndirəcək".
Paşinyan qeyd edib ki, son illərdə Ermənistan Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Niderland, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya və Litva ilə strateji əməkdaşlıq müqavilələri imzalayıb. İran və Hindistanla münasibətlər əslində strateji xarakter daşıyır, İrəvan isə onları rəsmiləşdirmək üçün çalışır.
Ermənistan baş nazirinin sözlərinə görə, İrəvan dost İran və Gürcüstanla münasibətləri inkişaf etdirərkən digər iki qonşusu - Türkiyə və Azərbaycanla dövlət münasibətləri qurmaq istiqamətində irəliləyir. O qeyd edib ki, "bu proses ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha konkret hala gəlib".
İrəvan hazırda Bakı və Ankara ilə kommunikasiyaların açılması üzərində işləyir, o cümlədən TRIPP layihəsi vasitəsilə və yaxın aylarda həyata keçirilməsinə başlanacaq.
Paşinyan bildirib ki, bu, təkcə Şərqdən Qərbə (Xəzər dənizindən Aralıq dənizinə) deyil, həm də Cənubdan Şimala (Fars körfəzindən Qara dənizə) nəqliyyat imkanları açacaq.
Ermənistanın baş naziri bildirib ki, layihənin həyata keçirilməsindən regiondakı bütün ölkələr faydalanacaq.
Müəllif: Tural
-
Sosial15:22Növbəti köç Ağdam şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNDİ
-
MDB14:42Dünən özü təhrik edirdi, bu gün deyir ki... - Putindən sensasion təklif
-
Sosial14:13İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNDİ
-
Nida Xəbər 14:04Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - FOTO
-
Nida Xəbər 13:08Pezeşkian qızına ana dilində müraciət etdi - VİDEO
-
Rəsmi xronika12:51İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTO/VİDEO
-
Köşə12:24“Qarabağ”ın yeni lideri o olmalıdır
-
Qoroskop12:12Planetlərin hərəkəti araşdırıldı: 2027-ci ildə bu bürcləri uğur gözləyir












.jpg)



.jpg)




.jpg)




.jpg)
.jpg)










