Dünya
Türkiyəyə qarşı “qalxan” qurulur: Bu ölkə hərəkətə keçdi
Xəbər verdiyimiz kimi, Yunanıstan və İsrail arasında dəyəri 3 milyard avrodan çox olan “Axilles qalxanı” hava hücumundan müdafiə sazişi imzalanıb.
Publika.az xəbər verir ki, saziş çərçivəsində Yunanıstanın çoxqatlı hava müdafiə şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Yeni sistemin Yunanıstanın mövcud radar və sensorlarını, eləcə də F-16 və F-35 döyüş təyyarələrindən əldə edilən məlumatları vahid şəbəkədə birləşdirməsi planlaşdırılır.
Sazişin Türkiyə baxımından ən diqqətçəkən tərəfi isə “SPYDER” sistemlərinin Yunanıstan adalarında yerləşdirilməsi planıdır. “Jerusalem Post” nəşrinin məlumatına görə, sistemlərin xüsusilə Türkiyəyə qarşı istifadə məqsədilə Egey adalarında yerləşdirilməsi nəzərdə tutulur. Qısa və orta mənzilli “SPYDER” sistemi 15-40 kilometr məsafədəki hava hədəflərinə qarşı istifadə oluna bilir.
Yunanıstanın "Banking News" nəşrinə əsasən, “SPYDER” sistemlərinin adalarda yerləşdirilməsi Türkiyənin bölgədəki hərbi imkanlarını sıradan çıxara biləcək “qalxan” demək deyil. Ekspertlər Türkiyənin inkişaf edən müdafiə sənayesi, PUA və SİHA-ları, raket texnologiyaları, elektron müharibə imkanları və hava hücumundan müdafiə layihələrinin bölgədə mühüm faktor olaraq qaldığını bildirirlər.
Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis isə sazişi müdafiə edərək İsraillə ittifaqın Türkiyə və digər istiqamətlərdən yarana biləcək təhdidlərə qarşı Yunanıstanın təhlükəsizliyini təmin etdiyini bildirib.
Müəllif: Roza
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)
.jpg)





.jpg)




.jpg)








.jpg)
