Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi
Bizi izləyin

Dünya

Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi

Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 5 maqnitudalı zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Geologiya üzrə mütəxəssis, professor Osman Bektaş zəlzələdən sonra Adana bölgəsi ilə bağlı xəbərdarlıq edib.

Bektaş bildirib ki, Kahramanmaraş blokunun şərq və şimalındakı böyük faylar 2023-cü ildə qırılıb, lakin qərb sərhədində Savrun fay xətti qırılmadan qalıb və 2023-cü ildən etibarən Saimbeyli ətrafındakı zəlzələlərlə hərəkətini davam etdirir.

Onun sözlərinə görə, Adana üçün zəlzələ təhlükəsi davam etməkdədir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm