Narsist qoca qarı: Çinlə “ticarət müharibəsi” aparsa, Avropanın aqibəti belə olacaq
Bizi izləyin

Dünya

Narsist qoca qarı: Çinlə “ticarət müharibəsi” aparsa, Avropanın aqibəti belə olacaq

Narsist qoca qarı: Çinlə “ticarət müharibəsi” aparsa, Avropanın aqibəti belə olacaq

Çinin "Global Times" qəzetinin keçmiş baş redaktoru Hu Sitzinin sözlərinə görə, Avropa İttifaqı Moskva ilə qarşıdurma və Vaşinqtonla gərgin münasibətlərlə yanaşı, Çinlə ticarət müharibəsinə başlasa, dərin böhran və qlobal təcridlə üzləşəcək.

Publika.az xəbər verir ki, Hu Sitzin sosial media hesabında yazıb:

"Aİ Rusiya ilə əlaqələrini kəsib və ABŞ ilə olduqca çətin münasibətdədir. Əgər Çinlə münasibətləri də korlasa, tamamilə ekssentrik, narsisist qoca qarıya çevriləcək".

Çinli ekspert vurğulayıb ki, Pekin Avropa ölkələri ilə sabit ticarət əlaqələrində maraqlıdır. Lakin tammiqyaslı iqtisadi qarşıdurma baş verərsə, Çin iqtisadiyyatı Aİ-nin resurslarından daha uzun müddət təzyiqə tab gətirə bilər.

Qərb mediası əvvəllər qeyd etmişdi ki, Brüssel Çindən əlverişli qiymətə məhsul axını fonunda öz sənaye sahələrinin təhlükəsizliyindən narahatdır. Mümkün məhdudlaşdırıcı tədbirlərə cavab olaraq, Çinin Ticarət Nazirliyi iki ölkə arasında ümumi ticarətin artmağa davam etməsinə baxmayaraq, qətiyyətli müdafiə tədbirləri görəcəyinə söz vermişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm