Dünya
Türkiyə və ABŞ nüvə enerjisi sahəsində yeni saziş imzaladı
Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni saziş imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Nüvə Enerjisi Anonim Şirkəti (TÜNAŞ) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanan saziş kiçik modul reaktorların (SMR) və 4-cü nəsil reaktor texnologiyalarının Türkiyədə tətbiq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Saziş çərçivəsində ABŞ şirkətlərinin hazırladığı 4 SMR və 5 müxtəlif 4-cü nəsil reaktor dizaynı texniki, iqtisadi, hüquqi və lisenziyalaşdırma baxımından qiymətləndiriləcək.
Layihə çərçivəsində texniki hesabatlar hazırlanacaq. Təxminən 2 milyon dollar büdcəyə malik saziş üzrə ən azı bir il davam edəcək araşdırmaların maliyyələşdirilməsini USTDA həyata keçirəcək.
Müəllif: Roza
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video






















.jpg)













