Dünya
Rusiya ordusunun vəziyyəti pisdir - Rubiodan Ukrayna müharibəsi haqda PROQNOZ
ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibənin Rusiyanın qələbəsi ilə başa çatmayacağını bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun döyüş meydanındakı vəziyyəti yaxşı deyil.
Publika.az xəbər verir ki, Rubio bu barədə WABC radiosuna müsahibəsində danışıb.
O qeyd edib ki, müharibə hər iki tərəfə zərər vurur və onun dayandırılması məntiqli addımdır. Dövlət katibinin sözlərinə görə, döyüşlər sonda danışıqlar yolu ilə başa çatacaq.
Rubio vurğulayıb ki, müharibə nə qədər tez bitərsə, bir o qədər az insan həlak olar və dağıntıların miqyası da azalar.
ABŞ dövlət katibi Donald Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını həll etmək üçün səylərini davam etdirəcəyini bildirib. Bununla belə, o etiraf edib ki, hazırda Moskva və Kiyev sülh sazişindən uzaqdır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşüb. Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə etmək üçün imkanların olduğunu deyib və müharibənin başa çatdırılması vaxtının gəldiyini bildirib.
Zelenski isə Kiyev və Vaşinqtonun müharibəni qarşıdakı qışa qədər başa çatdırmaq istədiyini söyləyib. O, mümkün deeskalasiya addımlarının diplomatiyaya yol aça biləcəyini qeyd edib.
Ukrayna prezidenti həmçinin ABŞ-ın Rusiyaya enerji sahəsində atəşkəs təklifi çatdıracağını açıqlayıb. Onun sözlərinə görə, Kiyev Rusiya neft emalı zavodlarına və enerji sisteminə zərbələri dayandırmağa hazırdır, Moskva da eyni addımı atmalıdır.
Müəllif: Adəm Abbaslı
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...










.jpg)




.jpg)

















