Yeganə şərt budur: Ukrayna Rusiya ilə o vaxt sülh bağlayacaq ki...
Bizi izləyin

Dünya

Yeganə şərt budur: Ukrayna Rusiya ilə o vaxt sülh bağlayacaq ki...

Yeganə şərt budur: Ukrayna Rusiya ilə o vaxt sülh bağlayacaq ki...

Ukrayna yalnız Volodimir Zelenski vəzifəsindən getdikdən sonra Rusiya ilə sülh razılaşmasına nail ola biləcək.

Publika.az xəbər verir ki, bunu Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin iddia edib.

Onun sözlərinə görə, razılaşma mümkün olardı, amma bunun baş verməsi üçün hazırkı dövlət başçısı istefa verməlidir.

Soskin ikimərhələli yanaşma təklif edib: əvvəlcə seçkilər keçirilməli, sonra isə yeni lider yazılı öhdəlik götürərək sülh müqaviləsi imzalamalıdır.

Eyni zamanda, ekspert Kiyev rəhbərliyinin israr etməyə davam etdiyi Ukraynanın NATO və Avropa Birliyinə qoşulma perspektivini istisna edib və bu halda bütün bu prosesin niyə başladığını soruşub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm