Nida Təhlil
Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
Ərdoğanın hicab məsələsi ilə bağlı Azərbaycanı tənqid edən və ikitərəfli münasibətlərdə gərginliyin yaranmasında rolu olan baş müşaviri Oktay Saralı istefaya göndərməsini üç kontekstdə dəyərləndirmək olar.
Birincisi, Türkiyə rəhbərliyi Azərbaycanla gərginlikdə maraqlı olmadığını nümayiş etdirir.
O.Saralın Azərbaycanı tənqid etməsinin şəxsi təşəbbüsü olduğunu demək çətindir. Bu ya AKP daxilində dini-ideoloji xəttin sərgilədiyi mövqe idi, ya da elə AKP rəhbərliyinin tapşırığı. Mümkündür ki, Türkiyə nəbz yoxlamaq üçün də bu gedişi etdi və Bakı geri çəkiləcəyi təqdirdə Azərbaycanın dini-ideoloji müstəvisində mövqelərini gücləndirmək, İranın boşalan yerini almaq imkanlarını dəyərləndirirdi. O da istisna edilməməlidir ki, Türkiyədə bu gedişi hazırlayanlar hesablamalarında yanıldılar. Ərdoğanın Əliyevə telefon zəngi, ardınca Oktay Saralın “qurban verilməsi” yanlış hesabdan geri çəkilmək, Azərbaycanla münasibətlərdə çatların yaranmasına imkan verməmək kimi qəbul edilə bilər. Azərbaycanla bağlı yanlış plan quranların da öz payını alacağı gözləniləndir.
İkincisi, MHP-nin mövqeyinin rol oynadığı aydın görünür.
Dövlət Baxçalının məsələ ilə bağlı “Azərbaycanın daxili işlərinə müdaxilə edilməməlidir” açıqlaması, yəni iqtidar ortağı olan AKP-yə dəstək verməməsi Türkiyənin mövqeyinə təsir edən amillərdəndir. Türkiyədə hər zaman olduğu kimi, yenə millətçi kəsim Azərbaycanın yanında oldu.
Üçüncüsü, rəsmi Bakının məsələyə prinsipial yanaşması həlledici oldu.
Türkiyədə Azərbaycana qarşı bu cür kampaniyalar ilk deyildi, xüsusilə 2023-cü ildən etibarən zaman-zaman Bakıya qarşı arzuolunmaz informasiya hücumları edilirdi. Bu hallara qarşı loyallıq göstərən Azərbaycan məsələni müxtəlif kanallarla həll etməyə çalışsa da, proses dayanmırdı. Bu dəfə məsələnin gərginlik həddinə çatmasına səbəb Bakının sərt mövqe sərgiləməsi oldu.
Və bu qərardan sonra qardaş ölkədə Azərbaycana qarşı hər fürsətdə hərəkətə keçən şəbəkənin mövqelərinin zəifləyəcəyi görünür.
Asif Nərimanlı
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)






_(1).jpg)











