Dünya
ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
ABŞ və Böyük Britaniyanın mümkün genişmiqyaslı müharibəyə hazırlıq tədbirlərini gücləndirməsi diqqət çəkib. Vaşinqton hərbi bazalarının xarici dəstək olmadan fəaliyyətini davam etdirməsinə çalışır, London isə qarşıdakı 1 000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməyi hədəfləyir.
Publika.az xəbər verir ki, “Fox News”un əldə etdiyi sənədlərə əsasən, Pentaqon FORTRESS planı çərçivəsində ABŞ-ın kontinental ərazisində yerləşən iri hərbi bazaların ən azı 90 gün müstəqil fəaliyyət göstərməsinə hazırlaşır. Plan elektrik, su, yanacaq və rabitə təminatının qorunmasını, strateji ehtiyatların yaradılmasını və alternativ təchizat zəncirlərinin qurulmasını nəzərdə tutur. Mümkün böhran zamanı mülki zavodların da müdafiə sifarişlərinin icrasına cəlb edilməsi planlaşdırılır.
Digər tərəfdən, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkəsinin qarşıdakı 1 000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməli olduğunu bildirib. “The Daily Telegraph”da dərc olunan məqaləsində o, 2030-cu ilə qədər rəqib dövlətlərin hərbi imkanlarının artmasının mümkün hücum riskini yüksəldə biləcəyini qeyd edib. Nazir NATO və ABŞ ilə əməkdaşlığın gücləndirilməsini, müdafiə sənayesinin bərpasını və hərbi istehsalın genişləndirilməsini vacib sayıb.
Hər iki ölkənin hazırlıq tədbirləri enerji sistemlərinə hücumlar, kiberhücumlar, təchizat zəncirlərinin pozulması və uzunmüddətli hərbi qarşıdurma kimi risklərlə əlaqələndirilir. Britaniyada əhalinin fövqəladə hallara hazırlığı da diqqət mərkəzindədir.
Bu addımlar fonunda bu iki ölkənin yaxınlaşan dünya müharibəsinə hazırlaşdıqları ilə bağlı iddialar yayılıb və sosial şəbəkələrdə, eləcə də mediada müzakirələrə səbəb olub.
Ləman
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı









.jpg)
.jpg)


.jpg)


















