MDB
Putin Avropa siyasətçilərinin zəifliyindən danışdı
Rusiyanın Avropadakı iğtişaşlarda iştirakı ilə bağlı ittihamlar Avropa siyasətçilərinin zəifliyini nümayiş etdirir.
Publika.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinlə söhbəti zamanı bildirib.
"Bu, Avropa ölkələrindəki bəzi liderlərin baş verənlərə görə məsuliyyət daşımaqda aciz olmalarından xəbər verir", -deyə Kreml rəhbəri Avropa liderlərini tənqid edib.
Putin qeyd edib ki, son günlər səslənən ittihamlara gələn ilk reaksiya da təəccüb doğurub. O, Avropadakı kütləvi iğtişaşlara görə Rusiyanı günahlandırmağın "açıq-aşkar şişirtmə" olduğunu vurğulayıb.
Qeyd edək ki, son günlər Fransa və İtaliyada etiraz aksiyaları keçirilir. Əsasən də İtaliyadakı iğtişaşlarla nəticələnən aksiyalarda Rusiyanın əlinin olduğu iddia edilir.
Müəllif: Tural
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü




































