Dünya
Ermənistan üçün Rusiya riski: Deputat mümkün nəticələrdən danışdı
Ermənistan parlamentinin müxalifətçi “Ermənistan” blokundan olan deputatı Sevak Xaçatryan İrəvanı Rusiya ilə münasibətlərin pisləşməsinin mümkün nəticələri barədə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Erməni deputat bildirib ki, Avropa ölkələrinin Ermənistana marağı əsasən Rusiya ilə qarşıdurma kontekstindədir.
“Biz Avropa üçün yalnız Rusiyaya zərər vura bildiyimiz və ya ondan tamamilə qopa bildiyimiz təqdirdə maraq kəsb edirik. Əks halda, bizimlə heç bir maraqları yoxdur. Onlar Ukraynanı təminat altına almaq istəyirlər”, - deyə Xaçatryan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlərin daha da pisləşməsi ölkəyə tədarük olunan Rusiya qazının qiymətinin artmasına səbəb ola bilər.
Xaçatryan Ermənistan Mərkəzi Bankının rəhbərinin də belə bir vəziyyətdə iqtisadiyyat üçün ağır nəticələr barədə xəbərdarlıq etdiyini qeyd edib.
Müəllif: Roza
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı















.jpg)





















