Dünya
Fırıldaqçılar uşaqları hədəfə aldı: Özlərini məşhur bloger kimi təqdim edirlər
Fırıldaqçılar uşaqları cinayət sxemlərinə cəlb etmək üçün özlərini məşhur blogerlər kimi təqdim etməyə başlayıblar.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, dələduzlar azyaşlıların etibarından istifadə edərək onları cəlbedici təkliflər və gözlənilməz qazanc vədləri ilə aldadırlar. Bəzi hallarda isə uşaqlara və onların yaxınlarına qarşı hədələrdən istifadə olunur.
Qurumdan bildirilib ki, uşaqlar oyun formasında təqdim edilən və guya sevdikləri məşhurlardan gələn təkliflərə daha asan inanırlar. Fırıldaqçıların məqsədi yalnız uşağın bank hesabına çıxış əldə etmək deyil. Onlar həmçinin azyaşlılardan valideynlərinin şəxsi və maliyyə məlumatlarını almağa çalışırlar.
Ekspertlər xüsusilə onlayn oyunlarda bu cür sxemlərin geniş yayıldığını bildirirlər. Dələduzlar uşaqlara oyun daxili bonus və mükafatlar vəd edir, məşhur blogerlərin saxta hesablarını yaradır və nəticədə bank kartı məlumatlarını, telefona giriş imkanlarını və ailənin vəsaitlərinə çıxış verə biləcək digər məlumatları əldə etməyə çalışırlar.
Müəllif: Roza
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı






































