Dünya
Almaniyadan ukraynalı kişilərə çağırış: Sosial yardım yox, cəbhə!
Bavariya hökumətinin başçısı və Xristian Sosial Birliyinin rəhbəri Markus Zöder Almaniyada yaşayan hərbi xidmət yaşında olan ukraynalı kişilərin ölkələrinə qaytarılmasını təklif edib.
Publika.az xəbər verir ki, siyasətçi sosial şəbəkədəki paylaşımında hərbi xidmətə yararlı gənc ukraynalıların Almaniyada sosial təminata arxalanmaq əvəzinə, öz ölkələrinin müdafiəsinə diqqət yetirməli olduğunu bildirib.
Zöderin sözlərinə görə, Almaniyada yaşayan və hərbi xidmət üçün yararlı ukraynalı kişilərin Ukraynaya qayıtmasının təşkili nəzərdən keçirilməlidir. O, bu şəxslərə sosial ödənişlərin verilməsi əvəzinə, onların öz ölkələrinin müdafiəsində iştirak etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Almaniyanın federal kansleri Fridrix Merts də daha əvvəl hərbi xidmətə yararlı ukraynalı kişilərin Almaniyaya girişinin məhdudlaşdırılmasının zəruriliyi barədə dəfələrlə danışıb.
İyulun sonunda isə Avropa İttifaqı Şurası Ukraynadan olan 23-60 yaşlı kişilərin Aİ ölkələrində avtomatik sığınacaq hüququ əldə etməməsini nəzərdə tutan yeni qaydaları yekun olaraq təsdiqləyib.
Müəllif: Adəm
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı














.jpg)






















