Dünya
Əfqanıstanda 50 ildir belə dövlət olmayıb - “Taliban” nə ilə öyünür?
Əfqanıstanda sülh bərpa olunub, döyüşlər dayandırılıb və ölkə artıq qlobal ticarət üçün tranzit mərkəzinə çevrilə bilər.
Publika.az xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra açıqlayıb.
"Son zamanlar Əfqanıstanda sülh hökm sürür, döyüşlər dayandırılıb və Əfqanıstan artıq qlobal ticarət, iqtisadi əməkdaşlıq və transmilli iqtisadi layihələrin həyata keçirilməsi üçün tranzit mərkəzinə çevrilə bilər. Əfqanıstanda belə bir dinc dövlət 50 ildir görünməyib", - deyə “Taliban” liderlərindən biri bildirib.
Onun sözlərinə görə, son beş ildə Kabil hər kəsə münasibətlərin inkişaf etdirilə biləcəyi etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirib. O, son beş ildə Əfqanıstanla müsbət təcrübəyə malik ölkələrin bundan yalnız faydalandığını vurğulayıb.
Müəllif: Tural
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
























_(1).jpg)









