Dünya
Tramp-Si görüşündən sonra YENİ DÜNYA MODELİ: Təsir dairələri yenidən bölünür
ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşdən sonra dünyanın yeni geosiyasi modelə doğru getdiyi görünür.
Publika.az xəbər verir ki, Polşanın “Rzeczpospolita” nəşri yazır ki, bu model yalnız kompromisləri deyil, böyük dövlətlər arasında təsir dairələrinin ciddi və uzunmüddətli şəkildə bölüşdürülməsini də nəzərdə tutur.
Nəşrin köşə yazarı Boquslav Xrobota ABŞ-ın xarici siyasətində fundamental dəyişiklik baş verdiyini bildirib. Onun sözlərinə görə, Trampın Amerikası demokratiyanın düşmənləri ilə qarşıdurma əvəzinə, müqavilələrə əsaslanan dinc yanaşı yaşama modelini seçir.
Müəllif bunun ABŞ-ın qlobal miqyasda demokratik dəyərlərin müdafiəçisi kimi çıxış etdiyi missiyanın sonu anlamına gələ biləcəyini düşünür. Yeni yanaşmada Vaşinqton və Pekinin maraqlarının bir-birini tamamlaması əsas götürülür.
Nəşrin diqqət çəkdiyi əsas məqamlardan biri isə dəyərlərin yerini sırf kommersiya maraqlarının tutması ehtimalıdır. Yazıda qeyd olunur ki, ABŞ siyasəti dəyərlərdən daha çox sövdələşmələrə əsaslanarsa, Polşanın təhlükəsizliyi böyük dövlətlər arasında danışıqların predmetinə çevrilə bilər.
Müəllif hesab edir ki, belə bir yanaşma suverenlik və xalqların hüquqlarının əhəmiyyətini azalda, Şərqi Avropanı isə böyük dövlətlərin praqmatik maraqları ilə müəyyənləşən təsir dairəsinə sala bilər. Bu baxımdan region ölkələri üçün əsas risk təsir zonaları arasındakı sərhədin birbaşa Şərqi Avropa ərazisindən keçməsi ehtimalıdır.
Məqalədə dünyanın iki paralel doktrinanın - Çinin “böyük dirçəlişi” və ABŞ-ın “Amerikanı yenidən möhtəşəm et” kursunun formalaşdırdığı yeni reallığa doğru getdiyi bildirilir. Müəllif Pekinlə Moskva arasındakı yaxınlaşmanın da bu prosesə təsir etdiyini vurğulayır.
Nəşrin qənaətinə görə, yeni “güclər konserti” şəraitində Şərqi Avropanın təhlükəsizliyi böyük dövlətlərin region üçün hansı “qiyməti” müəyyənləşdirəcəyindən asılı ola bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı










.jpg)









.jpg)


.jpg)













