Dünya
Rusiyalı politoloq: “Putin əsas oyunu uduzub”
“Ukrayna Putinin manevrləri üçün meydandır. Hesab edirəm ki, Putin tarixə qarşı oynayır”.
Publika.az “unian.net” saytına istinadən xəbər ki, bu sözləri TSN kanalının efirində Rusiya politoloqu Stanislav Belkovski deyib.
Politoloqun fikrincə, Putin Qərbə lider olduğunu sübut etmək istəyir: “Putin hesab edir ki, o liderdir və onunla ünsiyyət saxlamaq, müasir dünyanın prinsipial məsələləri üzrə onunla razılaşmaq lazımdır. Baxmayaraq ki, SSRİ “Soyuq müharibə”də məğlub olub. Qərb Putinin istəkləri ilə razılaşa bilmir. Putinin son məqsədi 25 il əvvəl sıradan çıxan Yalta-Potsdam dünyasına qayıdışdır. Amma bu mümkün deyil. Və taktik baxımdan da bu yalnız Ukrayna və Avropa üçün deyil, bütün dünya üçün çox təhlükəli ola bilər. Çünki siyasi ambisiyalar nöqteyi-nəzərindən Putin çox uzağa gedə bilər”.
Stanislav Belkovskinin fikrincə, indi heç kəs müharibənin olmayacağına tam zəmanət verə bilmir. O, Kreml liderinin müharibə ssenarisinə qayıda biləcəyini düşünür: “Onun üçün heç bir məhdudiyyət yoxdur. Putin özünü münaqişə tərəfi kimi tanımayıb”.
O həmçinin qeyd edib ki, taktik mənada uzunmüddətli böhrana hazırlaşmaq lazımdır.
“Hesab edirəm ki, hətta ortamüddətli perspektivdə də Putin uduzacaq. Putin anlayır ki, o, əsas oyunu – Qərbin sevgisi üçün oynadığı oyunu uduzub. Putinin qisası necə olacaq? Bunu ən yaxın iki ildə görəcəyik. Bu dövr Ukrayna və Rusiya üçün, bütövlükdə Avropa üçün ağrılı ola bilər”, - rusiyalı politoloq sonda vurğulayıb.
Ömər Dağlı
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
























.jpg)









