Banklar
Kreditlərlə bağlı həyəcan təbili
Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği artıq 600 milyon manatı ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə müddəti keçmiş kreditlərin həcmi son bir il ərzində 28.7 faiz artıb.
Publika.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93.8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ekspertlər bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olmasının geri ödəmə imkanlarını çətinləşdirdiyini bildirirlər. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən biri hesab olunur.
Ekspertlərin fikrincə, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin çoxalması risklərin ciddi nəzarətdə saxlanılmasını vacib edir.
Ətraflı "Xəzər TV"nin süjetində:
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)


























