Poroşenkodan acı etiraf
Bizi izləyin

Dünya

Poroşenkodan acı etiraf

“Minsk razılaşmalarının yerinə yetiriləcəyinə əmin deyiləm”.

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna prezident Petro Poroşenko Milli Qvardiyanın Kiyevdəki mərkəzində çıxış edərkən deyib. Prezident Poroşenko təəssüflə barışın çox uzaqda olduğunu deyib:“Biz Donbasdakı durumun qaynar nöqtədən siyasi müstəviyə keçməsinə şərait yaradacağına ümid etdiyimiz razılaşmanı əldə etmişik. Ancaq istəmirəm ki, kimdəsə illüziya yaransın, ya da kimdə mənin sadəlövh olduğumu düşünsün. Barış, çozx təəssüf, hələ ki uzaqdadır. Minskdə əldə edilən razılaşmaların yerinə yetiriləcəyinə də heç kimdə ciddi əminlik yoxdur. Minsk danışıqlarının əsas özəlliyi odur ki, müzakirələr “Normand formatı”nda aparıldı. Ümid edirəm ki, atəşkəsin əldə edilməsi, ağır texnikanın bölgədən çıxarılması ilə başlanan proses torpaqlarımızda sülh və sabitlik yaranmasına aparacaq”.

Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 2 gün qalmış Rusiya Silahlı Qüvvələri Ukraynanın doğu bölgələrində yenidən irimiqyaslı hərbi əmliyyatlara başlayıb. Ukrayna müdafiə nazirinin müavini Pyotr Mehed Kiyevdə keçirdiyi brifinqdə deyib ki, Kreml atəşkəsə qədər Debalsevonu ələ keçirmək haqqında göstəriş verib. Reutersin bu haqda xəbərində bildirilir ki, Mehed fevralın 13-də əraziyə 3 dəfə güclü hücum olduğunu deyib:“Rusiya Mariupol və Debalsevoya yaxın saatlarda Rusiya bayrağı sancmağı hədəfləyib. Səhər saatlarından Ukrayna Ordusu bu istiqamətdə 3 geniş əməliyyatın qarşısını alıb. İtkilərimiz var. Ərazi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır”.

Yada salaq ki, Ukrayna Silahlı Qüvvələrinin Debaltsevodakı qüvvələri bir neçə gün öncə mühasirəyə düşmüşdülər. Rusiya qoşunları şəhərin bütün yollarını nəzarətə götürərək magistral və səhra yollarını bağlamışdı. Ancaq ötən günkü hərbi əməliyyatlarda Ukrayna qoşunları mühasirəni yararaq quru yolunu açıb. Pyotr Mehed deyib ki, ərazi Ukraynanın nəzarətindədir. Müdafiə Nazirliyinin son döyüş günü ilə bağlı açıqlamasında isə bildirilir ki, fevralın 12-13-də qaynaq nöqtələrdə 11 hərbçi həlak olub, 40 nəfər yaralanıb. Aktiv döyüş əməliyyatları keçirən Ukrayna bir tərəfdən də Minsk razılaşmaları üzrə hazırlıqlara başlayıb. Daxili işlər naziri Pavel Klimkin fevralın 13-də Ali Radadakı çıxışında bildirib ki, tərədflərin ağır texnikanı döyüş bölgəsindən çıxarması prosesi peykdən izləniləcək.

Daxili işlər nazirinin sözlərinə görə, bu haqda Rusiya tərəf də xəbərdar edilib: “Biz Ukraynanın götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığını bəyan edir və öhdəliyin digər tərəflərini də bu cür məsuliyyətə dəvət edirik. Ukrayna qərar qüvvəyə minəndən dərhal sonra atəşkəsin təmin olunmasının əsas şərti kimi ağır texnikanı ərazidən çıxarılmasına hazırdır. Qarşı tərəfdə hansı proseslərin getdiyini diqqətdə saxlamaq üçün ərazi davamlı olaraq peykdən izlənəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm