Aİ hərəkətə keçdi: 3 NATO ölkəsində əməliyyat - 5 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Aİ hərəkətə keçdi: 3 NATO ölkəsində əməliyyat - 5 nəfər saxlanıldı

Aİ hərəkətə keçdi: 3 NATO ölkəsində əməliyyat - 5 nəfər saxlanıldı

NATO-ya məxsus hərbi gəmilərə xidmət göstərən şirkətlə bağlı dələduzluq və rüşvət iddiaları üzrə Norveç, Almaniya və Rumıniyada əməliyyat keçirilib. Norveçdə 5 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, əməliyyat Avropa İttifaqının cinayət ədliyyəsi üzrə əməkdaşlıq agentliyinin (Eurojust) koordinasiyası ilə həyata keçirilib.

İstintaqa əsasən, şirkət və ona bağlı subpodratçılar Şimal-Qərbi Avropadakı limanlara səfərlər zamanı NATO-nun hərbi gəmilərinə və heyətinə göstərilən dəstək xidmətləri üçün saxta hesab-fakturalar tərtib etməkdə şübhəli bilinirlər.

Şübhəli hesab-fakturalar NATO Dəstək və Təchizat Agentliyi (NSPA) tərəfindən aşkarlanıb. İlkin qiymətləndirmələrə görə, NATO-ya üzv ölkələrin ümumi zərəri 1 milyon avronu ötür. Dələduzluğun dəqiq məbləği isə hələ müəyyən edilməyib.

Şirkət, həmçinin NSPA ilə müqavilə proseslərində özünə güzəştli münasibət göstərilməsini təmin etmək məqsədilə vasitəçi üzərindən xarici dövlət rəsmilərinə rüşvət verməkdə şübhəli bilinir.

Şirkətin adı hələlik açıqlanmayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm