Dövlət Dumasının üzvü: “Azərbaycan o ölkələrdəndir ki...”
Bizi izləyin

Dünya

Dövlət Dumasının üzvü: “Azərbaycan o ölkələrdəndir ki...”

“Biz çox ümid edirik ki, Azərbaycan gələcəkdə Avrasiya İqtisadi İttifaqının tərkibinə daxil olacaq”.

Publika.azvestikavkaza.ru” saytına istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitənin sədr müavini Vladimir Nikitin deyib.

“Biz nəticə çıxartdıq ki, Azərbaycan postsovet məkanında azğın rusofobiyanın olmadığı ölkələrdəndir. Burada bütün millətlərin sülh şəraitində yaşaması üçün cəhdlər var”, - Rusiya Dövlət Dumasının üzvü bildirib.

Komitə sədrinin müavini bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınmasında maraqlıdır və bunun üçün böyük səy göstərir: “Mən bilirəm ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin Ermənistan və Azərbaycan liderlərinin münaqişənin həllinin hər iki ölkə üçün optimal variantını tapması naminə addımlar atır. Düşünürəm ki, nəticədə onlar münaqişənin həllini tapacaqlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm