Dünya
Danimarka hazırlıq vəziyyətinə gətirildi
Danimarkanın Baş naziri Helle Thorninq-Şmidt Kopenhagendə insan ölümülə nəticələnmiş atışmanı terror hücumu adlandırıb.
Publika.az-ın məlumatına görə, baş nazir bəyanatı karikaturaçı rəssam Lars Vilkslə görüşün keçirildiyi kafedə atışmadan bir qədər sonra verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Danimarkanın baş naziri ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini və hər yerdə polis qüvvələrinin yerləşdirildiyini əlavə edib.
Qeyd edək ki, atışma Məhəmməd Peyğəmbərin karikaturalarını çəkmiş rəssam Lars Vilksin yaratdığı komitənin keçirdiyi tədbir zamanı baş verib. 2007-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarını çəkdikdən sonra Lars Vilks təhdidlərlə qarşılaşıb.
Şahidlərin bildirdiyinə görə, silahlı şəxslər kafeyə daxil olaraq atəş açıb, sonra isə qaçıblar. Güllələr kafenin giriş qapısını dəlib keçib.
Vilks atışma zamanı xəsarət almayıb, lakin komitənin nümayəndəsi hadisəni rəssamın həyatına sui-qəsd cəhdi adlandırıb. Tədbirə dəvət edilmiş Fransanın Danimarkadakı səfiri Fransua Zimeray keçən ay Parisdə Charli Hebdo dərgisinə hücumun nəticələri ilə bağlı məruzə etməli idi.
Fransa prezidenti Fransua Olland daxili işlər naziri Bernard Kaznövü ən tez zamanda Danimarkaya göndərəcəyini elan edib.
Kopenhagenin meri Frank Yensen atışmanın motivləri ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib, lakin hadisənin “ifadə azadlığına qarşı zorakı hücum” olduğunu təəssüflə qeyd edib.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA