Trampdan Netanyahuya son dəqiqə dəstəyi: Başladığımız işi bitirməliyik
Bizi izləyin

Dünya

Trampdan Netanyahuya son dəqiqə dəstəyi: Başladığımız işi bitirməliyik

Trampdan Netanyahuya son dəqiqə dəstəyi: Başladığımız işi bitirməliyik

ABŞ prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilərdən əvvəl İsrailin baş naziri Binyamin Netanyahunu dəstəklədiyini bir daha bildirib.

Publika.az xəbər verir ki, İsrail seçicilərinə müraciət edən ABŞ prezidenti deyib:

“Səsverməyə gedərkən unutmayın ki, “Bibi” fövqəladə dərəcədə mübariz baş nazirdir. Netanyahuya səs verin, başladığımız işi bitirməliyik”.

Tramp həmçinin Netanyahunun seçkilərdə məğlub olmasının ABŞ-İsrail münasibətlərinə təsir göstərə biləcəyinə işarə edib.

Trampın Netanyahunu seçkilərdə dəstəkləməsi Ağ Ev daxilində fikir ayrılıqlarına səbəb olduğu bildirilir. “Axios”a danışan ABŞ rəsmilərinin sözlərinə görə , Trampın bəzi müşavirləri onun Yaxın Şərq planlarının Netanyahudan başqa birinin rəhbərlik etdiyi bir hökumətlə həyata keçirilməsinin daha asan olacağında israr ediblər və İsrail seçkilərinə açıq müdaxiləyə qarşı çıxıblar.

"Axios"a danışan mənbələr bildirib ki, Trampın ən yaxın müşavirlərinin çoxu onun Netanyahunu dəstəklədiyi barədə açıqlamasını bəyənməyib. Trampın müşavirlərindən biri prezidentin Netanyahuya baxışını belə təsvir edib:

"Netanyahu şeytandır". Bildirilib ki, Tramp müharibədən sonrakı dövrdə İranda iddialı diplomatik gündəm yaratmaq, Qəzza Sülh Planını həyata keçirmək və “İbrahim Sazişləri”ndə nəticə əldə etmək istəyir.

Təl-Əvivdə ABŞ prezidenti Tramp və İsrailin baş naziri Netanyahunun şəkilləri olan bannerdə ibrani dilində "Qalib gəlmək üçün yalnız bir şansımız var" yazılıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm