Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq? - FOTO
Bizi izləyin

Dünya

Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq? - FOTO

Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq? - FOTO

Dünyaca məşhur boksçu Mayk Tayson ailəsi ilə birlikdə İstanbula gəlib. Onun Türkiyədə yayımlanan “Tuzlu Kahve” serialında rol alacağı ilə bağlı iddialar güclənib.

Publika.az xəbər verir ki, serialın prodüseri Polat Yağcı oktyabrın 7-də layihənin 13-cü bölümündə dünya şöhrətli bir şəxsin qonaq aktyor kimi iştirak edəcəyini açıqlayıb. Bundan sonra həmin şəxsin Mayk Tayson ola biləcəyi barədə xəbərlər yayılıb.

Buğra Gülsoy və Eda Ecenin baş rollarda çəkildiyi serialda Taysonun hansı bölümdə və hansı obrazda görünəcəyi hələ məlum deyil.

Onun Buğra Gülsoyun canlandırdığı Mehmet Aydınoğlunun Amerikadan gələn dostu rolunda çıxış edə biləcəyi də iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm