Avropa Birliyi ilə Yunanıstanın danışıqları iflasa uğradı
Bizi izləyin

Dünya

Avropa Birliyi ilə Yunanıstanın danışıqları iflasa uğradı

Yunanıstan və Avropa Birliyi arasında danışıqlar son 5 gündə 2-ci dəfə iflasa uğrayıb.

Publika.az-ın məlumatına görə, Yunanıstanın maliyyə naziri Yannis Varoufakis deyib ki, onlara edilən təkliflər absurddur: "Bizim yeni seçilən hökumət proqramın fəlsəfəsini qəbul etmir, bizə proqrama kosmetik dəyişikliklər lazım deyil", - nazir əlavə edib.

Yunanıstanın fevralın sonuna qədər vaxtı var. Ölkəyə verilən 240 milyard avroluq borcun hazırkı tranşı bu ayın sonunda xərclənib qurtaracaq. Əgər o vaxtacan razılıq əldə edilməsə Yunanıstan iqtisadiyyatı çökə və ölkə avrozonadan xaric edilə bilər.

Avropa Birliyi Yunanıstan iqtisadiyyatına mərhələli şəkildə borc verilməsi proqramını davam etdirmək istəyir. Proqram Yunanıstan büdcəsində xərclərin azaldılması, kütləvi ixtisarları nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm