Lavrovun adından saxta bəyanat yayıldı - Hindistanda tanınmış vəkilə cinayət işi açıldı
Bizi izləyin

Dünya

Lavrovun adından saxta bəyanat yayıldı - Hindistanda tanınmış vəkilə cinayət işi açıldı

Lavrovun adından saxta bəyanat yayıldı - Hindistanda tanınmış vəkilə cinayət işi açıldı

Hindistan polisi Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə saxta (feyk) videonun yayılmasına görə Ali Məhkəmənin vəkili Praşant Bhuşana qarşı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bhuşanın “X” sosial şəbəkəsindəki hesabı vasitəsilə yayılan saxta videoda Sergey Lavrovun Hindistana qarşı yönəlmiş bəyanatlar verdiyi iddia olunub.

Polis bildirib ki, video şayiələrin yayılmasına, kiminsə nüfuzuna xələl gətirilməsinə və ictimai asayişin pozulmasına səbəb ola biləcək təxribat xarakterli məlumatlar ehtiva edib.

Qeyd olunur ki, Hindistan Xarici İşlər Nazirliyi də videonun həqiqiliyini araşdırıb. Yoxlama nəticəsində görüntülərin rəqəmsal müdaxiləyə məruz qaldığı, Lavrova aid edilən bəyanatların isə yalan olduğu müəyyən edilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm