Bəbir toru cıraraq insanlara hücum etdi: 4 nəfər yaralandı - VİDEO
Bizi izləyin

Dünya

Bəbir toru cıraraq insanlara hücum etdi: 4 nəfər yaralandı - VİDEO

Bəbir toru cıraraq insanlara hücum etdi: 4 nəfər yaralandı - VİDEO

Hindistanın Assam ştatında bəbirin tutulması əməliyyatı təhlükəli hadisə ilə nəticələnib.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, heyvan toru cıraraq qaçıb və dörd nəfərə hücum edib.

Yerli sakinlər yaşayış məntəqəsində bəbir gördükdən sonra meşə təsərrüfatı əməkdaşlarına məlumat veriblər.

Mütəxəssislər sakinlərlə birlikdə heyvanı torla tutmağa çalışsalar da, bəbir toru cıraraq yaxınlıqdakı insanlara hücum edib. Nəticədə dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.

Hadisədən sonra kənd sakinləri bəbiri öldürüblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm