Avropa
Avropa sənayesinə Çin zərbəsi: Milyonlarla iş yeri təhlükə altında
Avropanın sənaye şirkətlərinin yarısı yüksək enerji və əməkhaqqı xərcləri, eləcə də Çin istehsalçılarının rəqabəti səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “McKinsey” konsaltinq şirkətinin 2026-cı il üzrə məlumatlarına istinadən yazıb.
Bildirilib ki, Avropadakı istehsalçıların təxminən 50 faizi maliyyə çətinlikləri yaşayır və ya böhran vəziyyətindədir. Bu göstərici ötən il 45, 2024-cü ildə isə 42 faiz təşkil edib. Mövcud vəziyyət təxminən 3,7 milyon iş yerini təhlükə altına qoyur.
Araşdırma avtomobil sənayesi, elektrik avadanlıqları, maşınqayırma və material istehsalı kimi sahələrdə fəaliyyət göstərən, illik gəliri 100 milyon avrodan çox olan 1,2 minə yaxın dövlət və özəl müəssisəni əhatə edib.
İlkin nəticələrə əsasən, şirkətlərin 42 faizi böhran vəziyyətində, 8 faizi isə ciddi maliyyə təzyiqi altındadır. Müəssisələrin yarısı isə maliyyə baxımından dayanıqlı hesab olunur.
Müəllif: Valeh
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO



















.jpg)
















