Fevralda 1100 nəfər öldürülüb
Bizi izləyin

Dünya

Fevralda 1100 nəfər öldürülüb

Fevral ayı ərzində azı 1100 iraqlı hərbçi və mülki şəxs İslam Dövləti yaraqlılarının zorakılığının qurbanı olaraq öldürülüb.

Publika.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının bəyanatında bildirilir. BMT-nin İraqda Yardım Missiyasının bəyanatında bildirilir ki, öldürülənlərin 611-i dinc sakin, qalanları isə İraq təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Həmçinin qeyd edilir ki, bu rəqəm İraqın üçdə bir hissəsini əhatə edir, yaraqlıların nəzarəti altında olan ərazilər tədqiq edilməyib.

BMT-nin açıqlamasına görə, fevral ayı ərzində yaralananların sayı 2280 nəfər olub ki, onlardan da 1350-si dinc sakinlərdir. Ən çox zorakılıq halları Bağdadda qeydə alınıb, burada 329 sakin öldürülüb, 875-i yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm