Qeyri-adi qərar: Məktəblilərin “peyin vergisi”
Bizi izləyin

Dünya

Qeyri-adi qərar: Məktəblilərin “peyin vergisi”

Özbəkistanın Namanqan vilayətinin Uyçi rayonunda şagirdlər məktəbə peyin gətirməyə məcbur edilir.

Publika.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun yerli xidməti bildirib.

Məlumata görə, məktəbdə yığılmış gübrələr yerli fermerlərə paylanılır. İnformasiyanı radiostansiyaya açıqlamasında Maşad qəsəbəsindəki məktəbdə iki uşağı təhsil alan valideyn də təsdiqləyib. Xəbərdə qeyd edilir ki, praktik olaraq rayonun bütün məktəblərində şağırdlərin peyin gətirməsi məcburidir. Məktəblərdən birinin əməkdaşının sözlərinə görə, sərəncam yerli administrasiyalar və rayonun təhsil idarəsindən daxil olub.

Təhsil idarəsindən də peyin yığımının aparıldığı təsdiqlənib. Ancaq məmurlar iddia edirlər ki, bununla şagirdlər deyil, təhsil müəssisələrinin işçiləri məşğul olurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm