Dünya
Qorbaçov: “Bizi qəddar 1990-cı illərə qaytardı...”
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qətlini şərh edib.
Publika.az xəbər verir ki, siyasətçi ABŞ-ın vəziyyəti özünə görə izah etdiyini deyib.
“Bu qətl bizi sanki qəddar 1990-cı illərə qaytardı. Həmin vaxt problemləri atışmalarla həll edirdilər. Düşünürəm ki, qətlin versiyası siyasidir. Məqsəd təxribat və cəmiyyətdə reaksiya doğurmaq, narazılıq yaratmaqdır. Ən böyük məqsəd isə hakimiyyəti etibardan salmaqdır. Amerika isə artıq bu vəziyyəti özünə görə izah edir”, - Qorbaçov qeyd edib.
Siyasətçi hesab edir ki, Nemtsovun qətlinə ciddi hazırlıq görülüb: “Düşünürəm ki, Borisin yaxın ətrafı hər şeyi yaxşı bilir. Bu qətl birdən-birə baş vermədi. Ona ciddi hazırlaşırdılar. Bunu bir gün içində təşkil etmək mümkün deyildi”.
Qorbaçov qeyd edib ki, Boris keçmiş prezident Boris Yeltsinlə işlədiyi dövrlərdə onun baxışlarını qəbul etməyib. Qətldə Ukrayna izinin olub-olmadığına gəlincə, keçmiş prezident fala baxmaq istəmədiyini, amma qətl vaxtı Nemtsovun yanında ukraynalı modelin olmasının “dolaşıq iş” olduğunu bildirib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR