Abdulla Gül Davudoğlunu əvəz edəcək? – İDDİA
Bizi izləyin

Dünya

Abdulla Gül Davudoğlunu əvəz edəcək? – İDDİA

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ölkənin 11-ci prezidenti Abdullah Gülün deputatlığa namizəd olacağı barədə səslənən fikirləri şərh edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya sədrinin qənaətinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) baş nazir Əhməd Davudoğludan məmnun deyil.

“Belə görünür ki, AKP Davudoğlu üçün yeni alternativ axtarışlarına girib”, - CHP sədri vurğulayıb.

Qeyd edək ki, Abdullah Gülün parlament seçkilərində AKP-dən namizəd ola biləcəyi barədə iddialardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna müsbət baxdığını bildirib. Məlumata görə, Abdullah Gül yayda keçiriləcək parlament seçkilərində İstanbulun 1-ci bölgəsindən AKP-nin namizədi olacaq.

Qeyd edək ki, AKP-nin ilkin namizədlər siyahısı aprelin 14-də açıqlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm