Dünya
Yaponiya sunamidən qorunmağın yolunu tapdı
Yaponiyada şimal sahillərini dağıdıcı sunamilərdən qorumaq üçün nəhəng beton divarlar hörülür.
380 kilometr uzunluğunda olacaq beton divar əsasən 2011-ci ildə baş
vermiş sunamidən ən çox zərər çəkən ərazilərdən keçəcək. Bundan
başqa, həmin ərazilərdə sahilin hündürlüyü də 9-11 metrə qədər
qaldırılacaq.
Qeyd edək ki, 2011-ci il martın 11-də Yaponiyanın Senday
şəhərindən 130 kilometr uzaqlıqda, Sakit Okeanda baş vermiş 9,1 bal
gücündə zəlzələ nəticəsində yaranan nəhəng sunami ölkənin
şimal-şərq sahillərində çoxsaylı insan tələfatına və böyük
dağıntılara səbəb olmuşdu. Təbii fəlakətdən ən çox Miyagi, İvate və
Fukusima prefekturaları zərər çəkmişdi. Eyni zamanda Fukusima
prefekturasındakı "Fukusima-1" Atom Elektrik Stansiyası da xeyli
dərəcədə zədələnmiş və ətraf mühitə radiasiya sızması qeydə
alınmışdı.
Rəsmi məlumata əsasən, həmin zəlzələ və sunami nəticəsində
Yaponiyada 16 minə yaxın insan həlak olmuş, 6143 nəfər yaralanmış,
daha 2681 nəfər isə itkin düşmüşdü.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi