Ermənistanda iki ildir maaş almayan fəhlələr üsyan qaldırdı - VİDEO
Bizi izləyin

Dünya

Ermənistanda iki ildir maaş almayan fəhlələr üsyan qaldırdı - VİDEO

İki ildir əmək haqlarını ala bilməyən "Nairit" zavodunun işçiləri Ermənistan paytaxtı Yerevanda hökumət binası önündə növbəti etiraz aksiyası keçiriblər.

Publika.az xəbər verir ki, onlar iki illik maaşlarını tələb edirlər.

Qeyd edək ki, zavodun yüzlərlə işçisi mütəmadi olaraq Ermənistan prezidentinin iqamətgahı və hökumət binası önündə piketlər keçirir.

"Nairit" zavodunun əməkdaşları etiraz aksiyalarını 2012-ci ildən keçirirlər. Vaxtilə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavodun sahibkarları dəyişib.

Hazırda Rhiniville Property Limited şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığına görə 2009-ci ildən istehsalatını dayandırıb.

Bir neçə gün əvvəl etirazçılarla energetika və təbii ehtiyatlar naziri görüşüb, lakin hələlik zavodun əmək haqqı üzrə onların borclarını ödəmək iqtidarında olmadığını bildirib.

İşçilər deyirlər ki, nazirin cavabı onları qane etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm