Dünya
Putin xəbərdarlıq etdi
Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda rusiyalı milyonçular və nüfuzlu iş adamları ilə görüşən Rusiya prezidenti Vladimir Putin, onları xaricdəki kapitallarını Rusiyaya qaytarmağa çağırıb.
Putin ölkə xaricində saxlanılan pul vəsaitlərinin nə vaxtsa
dondurula biləcəyini xəbərdar edib.
Siyasi şərhçilərə görə, Putin bununla ABŞ və Avropa Birliyi
tərəfindən Rusiyaya qarşı daha sərt sanksiyaların gözlənildiyinə
eyham vurub. Putin Rusiya iqtisadiyyatına investisiya qoymaq
istəyən hər kəsə biznes üçün son dərəcə əlverişli
mühitinyaradılacağını vurğulayıb.
“Bir sıra ölkələrdən belə deyək, həyəcanlı məlumatlar daxil olur.
Elə təəssürat yaranır ki, xaricdəki kapitalın Rusiyaya
qaytarılmasına əngəl olmaq cəhdləri ola bilər. Bu xaricdə olan
kapitallardan istifadəyə məhdudiyyətlərin qoyulması ilə bağlı ola
bilər. Bunu nəzərə alın”, - deyə Putin bildirib.
Təkcə ötən il Rusiyadan xaricə 151 milyard dollardan çox kapital
axını olub. Bunun qarşısını almaq üçün Putin dekabr ayında kapital
amnistiyası təklif edərək, Rusiyaya qaytarılan vəsaitlərə görə,
sahibkarların vergi və digər orqanlar tərəfindən dindirilməyəcəyini
bildirib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi