Dünya
Yəmənin dəniz limanları mühasirəyə alındı
Səudiyyənin rəhbərliyi altında ərəb koalisiyasının dəniz donanmalarına aid gəmilər Yəmənin dəniz limanlarını blokadaya alıb.
Publika.az-ın məlumatına görə, limanların blokadaya alınmasında məqsəd onların şiə məzhəbli husi qiyamçılarının əlinə keçməsinin qarşısını almaqdır.
Səudiyyə Hərbi Dəniz Qüvvələrinin briqada generalı, koalisiyanın sözçüsü Ahmed Asiri bildirib ki, silahların və döyüşçülərin limanlara daxil olmasına imkan verilmir.
Səudiyyə koalisiyasının təyyarələri ötən gün ərzində Yəmənin 21 əyaləti üzərində hava reydləri keçirib.
Koalisiya hava zərbələrinin köməyi ilə qiyamçıların Ədən şəhərinə daxil olmasını əngəlləmək istəyir.
Şiə qiyamçılardan qaçan Yəmən prezidenti Abdurabbo Mansur Hadi əvvəlcə bu şəhərə sığınmışdı. ABŞ-ın əl-Qaidəyə qarşı mübarizədə əsas müttəfiqlərindən olan Hadi hələ Yəmənin rəsmi prezidenti hesab olunur.
ABŞ Yəmən reydlərində Səudiyyəyə dəstək versə də, hava zərbələrində bilavasitə iştirak etmir.
Təhlilçilər bu münaqişəni şiəməzhəb İran və sünni-sələfi Səudiyyə arasında nüfuz müharibəsi kimi qiymətləndirirlər.
Husilər hava reydləri başlanandan bəri Yəməndə olan 140 xarici vətəndaşı həbs ediblər.
Onlar Səudiyyə təyyarələrinə nişançılıq etməkdə şübhəli bilinirlər.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi