Dünya
Ermənistanda müxalifət liderləri həbs olundu - FOTO
Ermənistanda hakim rejimin istefası tələbilə aprelin 24-dən mütəmadi aksiyalar keçirməyə hazırlaşan “Müəssislər məclisi” təşkilatının qərargahında və fəallarının evlərində axtarışlar keçirilib, hərəkatın liderləri həbs olunub.
Publika.az-ın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin nümayəndələri çoxsaylı polis əməkdaşlarının müşayiətilə “Müəssislər məclisi” təşkilatının ofisinə və təşkilat rəhbərlərinin mənzillərinə baş çəkib. Ofisdən bütün sənədlər, təbliğat-təşviqat vasitələri və kompüterlər müsadirə edilib. Axtarış aparılan evlərdəki kompüterlər də aparılıb.
Ermənistan İstintaq Komitəsinin ilkin bəyanatında “Müəssislər məclisi” təşkilatının liderləri Jirayr Sefilyan, Varujan Avetisyan, Gevorq Safaryan, Pavel Manukyan və Qaregin Çuqaszyanın “24 aprel tarixində erməni soyqırımının 100 illiyinə həsr olunmuş kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq faktı üzrə icra edilən iş çərçivəsində” həbs edildikləri bildirilir.
Daha sonra təşkilatın Gümri şəhəri bölməsinin rəhbəri Aram Hakobyanın da həbs olunduğu məlum olub. Onun evində axtarış zamanı 1 ədəd qumbara aşkar edilib.
Bir sıra Qarabağ müharibə iştirakçılarının təsis etdiyi daha əvvəl “Preparliament” adlanan “Müəssislər məclisi” aprelin 24-də hakimiyyət dəyişikliyi tələbilə fasiləsiz etiraz aksiyaları keçirməyə hazırlaşırdı.
Təşkilatın fevralın 2-də “100 illik rejimsiz” şüarı altında Dağlıq Qarabağa “məlumatlandırma” avtoyürüşü Laçın ərazisində Qarabağ polisi və mülki geyimli şəxslər tərəfindən hücuma məruz qalmış, avtomaşınlara xeyli zərər vurulmuşdu.
Ötən ay isə təşkilatın Gümri şəhərində rəsmən elan edilmiş mitinqinə “polisin fəaliyyətsizliyi şəraitində kriminal ünsürlər” tərəfindən əngəllər yaradılmış, hətta hərəkat fəallarından biri bıçaqlanmışdı.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu