Türkiyədə olay: insanlar girov götürüldü
Bizi izləyin

Dünya

Türkiyədə olay: insanlar girov götürüldü

Türkiyənin ilk nüvə stansiyası olacaq Akkuyu Nüvə Stansiyası layihəsinin icrası çərçivəsində dəniz strukturlarının təməlatma mərasimində qalmaqal baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin vilayətində enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın da iştirak etdiyi mərasimdə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları inşaat sahəsinin qapısını bağlayaraq içəridə olanların çölə çıxmasına mane olub.

Məlumata görə, təməlatma mərasiminə qatılan bir qrup insan Nüvə Stansiyasının tikintisinə qarşı olan etirazçılar tərəfindən girov götürülüb. Hadisə yerinə çox sayda polis göndərilib. Polis və jandarm qruplarının "dağılın" xəbərdarlığına qulaq asmayan aksiya iştirakçılarına təzyiqli su ilə müdaxilə edilib. Son məlumata görə, aksiya başa çatıb və girov götürülən qrup azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm