Keçmiş prezidentə məxsus binalar dağıdılacaq
Bizi izləyin

Dünya

Keçmiş prezidentə məxsus binalar dağıdılacaq

Misir hökuməti keçmiş prezident Hüsnü Mübarəkin siyasi fəaliyyətinə ev sahibliyi edən və bir qismi zərər görən binaların sökülməsi barədə təlimat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, söküləcək binaların əksəriyyəti Hüsnü Mübarəkin lideri olduğu Milli Demokratik Partiyasına məxsus olub.

Milli Demokratik Partiyasının mərkəzi qərargahı və Nil çayının üzərindəki dəmir-beton qüllə 2011-ci ildə Hüsnü Mübarəkə qarşı başlayan qiyamda cidd zərər görüb. Ölkə əhalisinin bir hissəsi Mübarək dövründən qalan tikililərin abidələr olaraq saxlanılmasının tərəfdarı idilər.

Xatırladaq ki, Misir məhkəməsi 2011-ci ilin aprel ayında Hüsnü Mübarəkin partiyasının əmlakı müsadirə edilməklə buraxılması haqda qərar çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm