Dünya
Ukraynanın Rusiyaya qaz borcu 1,62 mlrd dollara çatdı
Ukraynanın Rusiyaya qaz borcu 1,62 mlrd dollara çatıb. Bunu müsahibəsində Ukraynanın energetika nazirinin səlahiyyətlərini icra edən Eduard Stavitskiy də təsdiq edib.
İnterAz-ın Ukayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Stavitskiy bildirib ki, fevralın 24-də 3,3 mlrd borcdan Ukrayna tərəfi Rusiyaya 1,68 mlrd dollar ödəyib. Onun sözlərinə görə, borcun tam ödənilməməsinin əsas səbəbi Ukraynadakı istehlakçıların – yaşayış - kommunal müəssisələrin ödənişləri həyata keçirməmələridir.
“İstilik-kommunal xidmətləri tərəfindən ödənişlər, demək olar ki, tam dayandırılıb. Məsələ heç siyasi durumda da deyil. Məsələ ondan ibarətdir ki, yaşayış-kommunal xidməti sektoru öz bələdiyyələrində artıq il yarımdır ki qış aylarında istehlak etdikləri qazın pulunu vermək istəmirlər”, - deyə nazir səlahiyyətlərini icra edən bəyan edib.
Stavitskiy Ukraynanın qaza olan tələbatına gəlincə, deyib ki, Ukraynanın hal-hazırda min kubmetri 268,5 dollardan 35 mlrd kubometr qaza ehtiyacı var. “Bu qiymət və qazın bu həcmi Ukrayna sənayesinin işinə və inkişafına şərait yaradacaq. Qazın texniki və texnoloji cəhətdən Ukraynaya çatdırılması imkanları mövcud olaraq qalmaqdadır. Lakin biz qazı ucuz olan yerdən almalıyıq. Bu gün Rusiya ən ucuz qiymətləri təklif edir””, - deyə o, vurğulayıb.
Bu arada “Naftaqaz-Ukrayna” şirkəti istehlakçılar tərəfindən ödəmələrin olmaması səbəbindən Ukraynanın 11 vilayətinə qazın verilməsini məhdudlaşdırmağa məcbur olduğunu bildirib.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO