Somalinin paytaxtında partlayış: 7 ölü
Bizi izləyin

Dünya

Somalinin paytaxtında partlayış: 7 ölü

Somalinin paytaxtı Moqadişoda nahar vaxtı prezident sarayının işçiləri arasında populyar olan Banoda restoranın qarşısında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 7 nəfər həyatını itirib.

Publika.az Röyters-ə istinadən xəbər verir ki, Əl-Şəbəb qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb. Məlumata görə, partlayış zamanı 10-a yaxın şəxs yaralanıb. Ölən və yaralananlar arasında rəsmi şəxslərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, Əl-Şəbəb qrupunun son günlər ərzində törətdiyi dördüncü hücumdur. Bazar ertəsi Əl-Şəbəb ölkənin şimalında Qarove şəhərində yeddi adamın ölümü və səkkiz adamın yaralanması ilə nəticələnmiş hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Hücumun hədəfi BMT-nin Uşaq Fondunun qonaq evindən ofisə yollanan işçiləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm