Prezident təyyarəsinin qəfil eniş etməsinin səbəbi bəlli oldu
Bizi izləyin

Dünya

Prezident təyyarəsinin qəfil eniş etməsinin səbəbi bəlli oldu

Aprelin 17-də Serbiya prezidentinin Romaya uçan təyyarəsinin qəfil enişinin səbəbi məlum olub.

Publika.az-ın məlumatına görə, araşdırmalardan sonra məlum olub ki, qəza təhlükəsi vəziyyəti Falcon 50 təyyarəsinin idarəetmə panelinə ikinci pilotun ehtiyatsızlıqdan kofe dağıtması səbəb olub. Panelə tökülmüş kofeni silərkən pilot təsadüfən təyyarənin "avtopilot" rejimini dayandıran düyməni basıb, nəticədə 10 kilometrlik hündürlükdə uçan təyyarə böyük sürətlə qəfil enməyə başlayıb.

Deyildiyinə görə, həmin zaman prezident Tomislav Nikolic və onu müşayiət edən şəxslər təyyarədə həyacanlı anlar yaşayıblar, lakin aparıcı pilot vəziyyəti tez bir zamanda nəzarətə ala bilib.

Nəticədə təyyarə yolun yarısından dönərək Belqrada qayıdıb.

Prezident Nikoliç aprelin 17-də Romaya Papa Francis ilə görüşə yollanırdı. İkinci pilot Bojan Zoric istintaq keçirldikdən sonra uçuşlardan kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm