Tələbə qızı fotostudiyada zorladılar - FOTO
Bizi izləyin

Dünya

Tələbə qızı fotostudiyada zorladılar - FOTO

Moskvada 19 yaşlı tələbə fotostudiyalardan birində tanış fotoqrafı tərəfindən zorlanıb. ANS PRESS-in məlumatına görə, günahını etiraf edən fotoqraf saxlanılıb.

\

Bauman adına Moskva Dövlət Texniki Universitetin tələbəsi polisə yazdığı ərizəsində fotoqrafın onu fotosessiya zamanı zorladığını bildirib. Qız bildirib ki, 46 yaşlı Oleq Şatalov ona çılpaq şəkildə çəkilməyi təklif edib və bunun üçün ona yaxşı pul ödəməyi söz verib.

Pul qazanmağı düşünən qız razılaşıb. Ancaq çəkiliş prosesi zamanı qızın açıq pozaları ilə ruhlanan fotoqraf daha çoxunu istəyib.

Qızın sözlərinə görə, o əvvəlcə yaxşı kadr üçün onu dizlərinə oturtmağa israrla çalışıb.Qız qaçmağa və qışqırmağa başladıqda Şatalov onu vurub. Daha sonra qızı zorlayıb.

Saxlanılan fotoqraf altı il müddətinə həbs oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm