Əməliyyat zamanı girovların həlak olduğu təsdiqləndi
Bizi izləyin

Dünya

Əməliyyat zamanı girovların həlak olduğu təsdiqləndi

ABŞ-ın 2015-ci ilin yanvar ayında Pakistan-Əfqanıstan sərhədində “Əl-Qaidə” qruplaşmasına qarşı keçirdiyi əməliyyat iki girovun həlak olması ilə nəticələnib. Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda həlak olanlardan birinin ABŞ vətəndaşı Uorren Uaynstayn, digərinin isə İtaliya vətəndaşı Covanni Lo Porto olduğu qeyd edilir. Həmçinin ehtimallara görə, əməliyyat zamanı “Əl Qaidə”nin iki yüksək vəzifəli üzvünün – qruplaşmaya qoşulan ABŞ vətəndaşları Əhməd Fərrux və Ədəm Qədanın da öldürüldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm